Arveladze çempion etdiyi “Paxtakor”dan istefa verdi
- 23 Dek 2020 17:30
- 592
Özbəkistanın “Paxtakor” klubunun baş məşqçisi Şota Arveladze istefa verib.
Rekord.az xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib.
Gürcü məşqçi 3 ildən sonra ayrılmaq qərarına gəldiyini yazıb: "Mənim üçün həyəcanlı, gözəl və uğurlu dövr idi. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, 2017-ci ildən "Paxtakor"da işləyən Şota Arzeladze 2019 və 2020 mövsümündə Özbəkistan Super Liqasının qalibi olub. O, daha əvvəl Niderlandda “Alkmaar”, Türkiyədə "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor"a rəhbərlik edib.