Arveladze ilin ən yaxşı baş məşqçisi seçildi
- 28 Dek 2020 18:46
- 573
Özbəkistanda 2020-ci ilin ən yaxşı baş məşqçisi məlum olub.
Rekord.az xəbər verir ki, bu, gürcüstanlı mütəxəssis Şota Arveladzedir. Bu barədə Özbəkistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Arveladze ardıcıl 2-ci dəfə Özbəkistanda ilin məşqçisi seçilib.
Şota, “Paxtakor” klubu ilə bu il Özbəkistan kubokunu və Super Liqasını qazanıb. 47 yaşlı mütəxəssis bir neçə gün əvvəl klubdan ayrıldığını açıqlayıb.
Arveladze, 2017-ci ildən “Paxtakor”da çalışdırdı.