Arzu Hüseynova Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Milli Mətbuat katibi təyin olunub
- 10:52
- 53
O, bu barədə Linkedin səhifəsində paylaşım edib.
Arzu Hüseynova 2022 -ci ildən Bakı Şəhər Halqasında media əməliyyatları meneceri vəzifəsində çalışıb.
2001-2008 ci illərdə fərqlənmə diplomu ilə Bakı Dövlət Universitetinin jurnalistika və beynəlxalq jurnalistika ixtisasları üzrə bakalavr və magistr pillələrini bitirib. Hazırda “Oxford School of Marketing” proqramı üzrə təhsilini davam etdirir.
O, peşə fəaliyyətinə 2005- ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 2015-2019 -cu illərdə Azərbaycan Respublikası Alternativ Enerji Mənbələri üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr və hüquq şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
18 ilə yaxın əmək fəaliyyəti dövründə A. Hüseynova özəl və dövlət qurumlarında ictimaiyyətlə əlaqələr, kommunikasiya, marketinq, layihələrin idarə olunması üzrə müxtəlif vəzifələrdə işləyib. “Eurovision” mahnı müsabiqəsi, 2015 Bakı Avropa Oyunları, 2017 İslam Həmrəyliyi Oyunları, COP-29 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı və sair əhəmiyyətli beynəlxalq tədbirlərin təşkilat komitələrində fəaliyyət göstərib.