Məlum olduğu kimi, yeni mövsümdən II liqa komandaları da ölkə kuboku uğurunda yarışda mübarizə aparacaq.

Rekord.az xəbər verir ki, PFL-in yenilənmiş əsasnaməsinə görə, bu iştirak məcburi olacaq.

Yəni bundan öncəki mövsümlərdə olduğu kimi, hansısa komanda hansısa səbəbləri əsas gətirib kubok yarışlarından imtina edə bilməyəcək. Əgər hansısa komandanın stadionu Premyer Liqa klubu ilə oyunu qəbul etməyə hazır olmasa belə, həmin komanda oyunu təşkil etmək üçün standardlara cavab verən başqa stadion tapmalıdır.