"ASCO Arena"dakı problem akademiyanın işini iflic edib
- 12 Dek 2023 16:00
- 477
"ASCO Arena"nın işıqlandırma sistemində yaşana və hazırda da davam edən problem klubun futbol akademiyasının fəaliyyətini iflic edib.
Rekord.az-a daxil olan məlumata görə, akademiyanın əksər komandaları məşqlərini axşam saatlarında keçirdi.
Lakin işıqlandırma sistemindəki problemdən sonra axşam məşqləri təxirə düşüb. Problem həll olunana qədər həmin komandalar başqa məkan tapıb orada məşq etməlidir. Bu durum isə bütün məşqçilərin qrafikini pozub.