"ASCO Arena”nın elektrik təchizatında yaranan problem hələ də həllini tapmayıb.

Rekord.az xəbər verir ki, problem stadionun transformatorunda yaranıb.

Hazırkı vəziyyətdə klub və AFFA həmin hissəyə müdaxilə edə bilmir. Bu səlahiyyət yalnız "Azərişığ"a məxsusdur. Sözügedən şirkət isə işi yubatmaqla məşğuldu. Onlar problemli transformatoru ya təmir etməli, ya da dəyişdirməlidir. Hər iki halda bunun üçün böyük vəsait tələb olunur ki, "Səbail" də büdcəsini riskə atmaq istəmir. Məsələ də məhz buba görə açıq qalıb.