Asensio Premyer Liqa klubunda
- 14:40
- 32
PSJ-nin futbolçusu Marko Asensio karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Rekord.az xəbər verir ki, “Aston Villa” ispan futbolçunu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı oyunçu mövsümün sonuna kimi Birmingem klubunun formasını geyinəcək.
Asensio 2023-cü ilin yayından PSJ-də çıxış edir. İspaniya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.