Asiyada ilin ən yaxşı futbolçusu məlum oldu
- 01 Noy 2023 15:20
- 294
Asiyada 2023-cü ilin ən yaxşı futbolçusunun adı məlum olub.
Rekord.az xəbər verir ki, ən yaxşı adına hazırda “Bayern”də çıxış edən Kim-Min Je layiq görülüb. Bu barədə Asiya Futbol Federasiyası məlumat yayıb.
Cənubi koreyalı mərkəz müdafiəçisi sorğuda “Tottenhem”də çıxış edən Hın Min-Son və “Brayton”un yapon futbolçusu Kaoru Mitomanı qabaqlayıb.
Kin-Min Je 2022/2023 mövsümündə “Napoli” ilə İtaliya çempionluğu qazanıb. O, yayda “Bayern”ə keçib.