“ASK Arena“ dövlətin qanunlarına qarşı çıxır?
- 27 May 2020 15:00
- 1068
Hər kəsə məlumdur ki, karantin rejimi səbəbindən idman tədbirlərinə və idman arenalarının fəaliyyətinə qoyulan qadağa hələ də qüvvədədir. Təbii ki, stadionlar da bu sıradadır.
Lakin Rekord.az-a daxil olan məlumata görə, heç də bütün arenalar bu qaydalara əməl etmir.
Sızan məlumata görə, "ASK Arena" karantin qaydalarına əməl etmir. Belə ki, "Keşlə"nin ev oyunlarını keçirdiyi stadion heç qapısı qıfıllı deyil. Düzdür, futbolçular hələ ki, burda məşq etmir. Amma bəzi idmançılar, stadion rəhbərliyi ilə yaxın münasibəti olan şəxslər stadionun xidmətlərindən istifadə edir, qaçışla məşğul olur.