Astarada açıq havada maraqlı idman tədbiri FOTOLAR
- 08 Mar 2023 13:22
- 472
Ötən gün Astara Gənclər Evinin qarşısındakı meydanda Astara Rayon İcra Hakimiyyəti, Astara rayon Gənclər və İdman İdarəsi, Astara Pedoqoji Kolleci ilə birgə 5 mart -Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş “İdman həftəsi” çərçivəsində “Sağlam həyatı və idmanı sevirik” adlı açıq əyləncəli idman tədbiri keçilib.
Rekord.az xəbər verir ki, tədbirdə müxtəlif idman növləri- stolüstü tennis, ağırlıq qaldırma (fitnes), gimnastika, şahmat, oxatma, bodminton, dama, nərd oyunları üzrə gənclər qüvvələrini sınamış, asudə vaxtların səmərəli keçirmiş, sağlam həyat tərzini öz nümunələri ilə təbliğ ediblər.
Tədbirin məqsədinin 5 mart- Bədən Tərbiyəsi və İdman gününün qeyd edilməsi, uşaq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili olunub.
Tədbirdə Astara RİH-nin məsul işçisi Asiman Qasımlı, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov, idarə əməkdaşları İqrar Cəfərov, Bəhlul Rufullazadə, İlham Əkbərov, Ələskər Əskərov, Astara Pedoqoji Kollecinin Bədən tərbiyə müəllimi Samiq Məcidov, Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi Rəşad Əliyev, “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin sədri Cavid Cəfərli və digər nümayəndələr iştirak ediblər.
Tədbirdə Astara Pedoqoji Kollecinin tələbələri, uşaq, yeniyetmə və gənclər,rayon sakinləri, idarə əməkdaşları cəmi 70 nəfər iştirak edib. Yekunda xatirə şəkilləri çəkilib.