Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbdə Astara rayon Gənclər və İdman İdarəsi, Astara rayon Təhsil Sektoru ilə birgə təsdiq etdikləri əsasnaməyə uyğun 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş voleybol üzrə məktəb komandaları arasında Astara rayon turniri keçirilmişdir..

Rekord.az xəbər verir ki, tədbirin açılış mərasimində Astara RGİİ-nin aparıcı məsləhətçisi Ələskər Əskərov, Lənkaran-Astara Regional Təhsil İdarəsinin Astara rayon Təhsil Sektorunun Çağırışa qədər hazırlıq və Fiziki tərbiyə üzrə metodisti Rasim Cəfərov, Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Afət Əkbərov çıxış etmiş tədbirin əhəmiyyətini qeyd etmiş və məktəblillərə uğurlar arzulamışlar.

Yarışda 8 məktəb komandası - Astara şəhər 2,3,6 və 7 saylı, Kijəbə qəsəbə, Suparıbağ, Təngərüd və Səncərədi kənd tam orta məktəb komandaları Oyunların Olimpiya sistemi (uduzub-çıxma) üzrə mübarizə aparmışlar.

Yekunda I yerə N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəb komandası , II yerə Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəb komandası və III yerə A.Hüseynov adına Suparıbağ kənd tam orta məktəb komandası layiq görülmüşlər.

Fəxri yerləri qazanan komandalara Astara RGİİ-nin diplomları təqdim olunmuşdur.