Astarada Xocalı qurbanlarının xatirəsinə güləş birinciliyi
- 28 Fev 2023 13:42
- 391
Astara Olimpiya İdman Kompleksində Astara rayon Gənclər və İdman İdarəsi, Astara Olimpiya İdman Kompleksi ilə birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Xocalı Soyqrımı Şəhidlərinin xatirəsinə həsr olunmuş oğlanlar -2008-2014 və qızlar 2009-2014-cü il təvəllüdlü idmançılar arasında Sərbəst güləş idman növü üzrə açıq Astara rayon turniri keçirilmişdir.
Rekord.az xəbər verir ki, yarışlar əsasnaməyə uyğun olaraq 2008-2014-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında 18, 20, 23, 26, 29, 32, 35, 38, 42, 46, 50, 54, 58, 63, 69 və 2009-2014-cu il təvəllüdlü qızlar arasında 18, 20, 23, 26, 29, 32, 35, 38, 42, 46, 50, 54, 57, 62 çəki dərəcələri üzrə keçirilmişdir.
Yarışda 11 komanda - Astara, Lənkaran, Gəncə, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Sabirabad, Abşeron, ”Arena” (Bakı), ROİL (Bakı) şəhər və rayonlarının idman klubları, idman cəmiyyətlərini təmsil edən 320 nəfər idmançı fəxri yerlər uğrunda mübarizə aparmışlar.
Yarışda Astara Olimpiya İdman Kompleksinin direktoru , “Azərbaycan Respublikasının Əməkdar məşqçi” Aslan Ağayev, Beynəlxalq dərəcəli hakimlər Sevinc Yusubova və Zaur Şərifov, “Azərbaycan Respublikasının Əməkdar məşqçi”, yarışların baş katibi İlham Məmmədov, Astara RGİİ-nin aparıcı məsləhətçisi Ələskər Əskərov və digər nümayəndələr, məşqçilər iştirak etmişlər.
Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Astara Olimpiya İdman Kompleksinin təsis etdiyi diplomlar və medallar ilə təltif olunmuşlar.