"Liverpul"un İngiltərə Premyer Liqasındakı rekordu təkrarlanıb.

Rekord.az xəbər verir ki, buna 25-ci turda "Fulhem"i 2:1 hesabı ilə məğlub edən "Aston Villa" nail olub.

Bu qələbə Birmingem klubunun çempionatda London təmsilçiləri üzərindəki ardıcıl 10-cu zəfəri kimi tarixə düşüb.

"Liverpul" 2019-cu ilin martından 2020-ci ilin iyununadək paytax klubları ilə görüşlərdə ardıcıl 10 qələbəyə sevinmişdi.

Hazırda 49 xalı olan "Aston Villa" turnir cədvəlinin 4-cü pilləsində mövqüe tutub.