“Aston Villa” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Premyer Liqa klubu “Hall Siti”dən Ceyden Filocini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Aston Villa” 22 yaşlı vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Birmingemlilər ingiltərəli oyunçu üçün onun klubuna 16 milyon avro təzminat ödəyib.

“Hall Siti” Ceyden Filocini ötən ilin sentyabr ayında məhz “Aston Villa”dan transfer etmişdi. İngiltərənin U-21 millisinin üzvü Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.