"Aston Villa"dan Xorvatiyaya
- 20 Yan 2021 15:19
- 632
“Aston Villa”nın qapıçısı Lovre Kaliniç karyerasını Xorvatiyada davam etdirəcək.
Rekord.az xəbər verir ki, 30 yaşlı kiper "Hayduk”a keçib.
Bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kaliniç, 2023-cü ilin yayına qədər icarə əsasında “Hayduk”da çıxış edəcək.
Kaliniç bu mövsüm “Aston Villa” ilə Premyer Liqada heç bir oyuna çıxmayıb.
“Hayduk”un yetirməsi olan qapıçı Xorvatiya yığmasında 19 oyun keçirib.