"Yuventus"un qapıçısı Canluici Buffon komandadan ayrıla bilər.

Rekord.az xəbər verir ki, 43 yaşlı qolkiper Turin təmsilçisində az oynadığı üçün A Seriyasında klubunu dəyişmək istəyir.

İtaliya millisinin keçmiş üzvü ilə "Atalanta" maraqlanır. Berqamo təmsilçisi digər klubların hədəfində olan qapıçısı Pyerluci Qollini ilə yollarını ayırsa, təcrübəli qolkiperi heyətinə qatacaq.

İllərin təcrübəsi daha 2 mövsüm oynamağı planlaşdırır.

Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a keçib. 2018-ci ildə PSJ-yə gedən təcrübəli qolkiper ötən yay "Yuventus"a qayıtdı.