İtaliyanın “Atalanta” klubunun futbolçusu Andrea Rinaldi vəfat edib.

Rekord.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Mayın 8-dən xəstəxanada olan 19 yaşlı futbolçu bu gün dünyasını dəyişib.

Həkimlər, Rinaldiyə beyin anevrizması diaqnozu qoymuşdu.