"Atamın babası Azərbaycanda doğulub"
- 06 Mar 2021 13:43
- 702
Ukraynada "Minay"ın formasını geyinən Anatoli Nuriyev football24.ua saytına müsahibə verib.
Rekord.az xəbər verir ki 24 yaşlı futbolçu Azərbaycanla bağlılığı barədə bunu deyib:
"Atamın babası Azərbaycanda doğulub. Əvvəlcə Kiyevə, sonra isə buraya - Zakarpatyeyə gəliblər. Babam və atam isə burada dünyaya gəliblər".
AFFA "Minay"ın iki futbolçusu - Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni milliləşdirməklə bağlı iş görür. Nuriyev vətəndaşlıq almaq üçün bu yaxınlarda Bakıya gələrək müvafiq sənədlərə qol çəkib.