![photo](https://www.rekord.az/storage/uploads/5/368617394-910172143799025-8786521545013263576-n.jpg)
Atdan yıxılaraq beyin qanaması keçirən qapıçı ilə bağlı yeni xəbər
- 18 Avq 2023 17:40
- 299
PSJ-nin qapıçısı Serxio Riko bu gün nəhayət ki, xəstəxanadan buraxılıb.
Rekord.az xəbər verir ki, futbolçu aldığı zədə səbəbindən bir neçə əməliyyat keçirib.
Xəstəxanadan buraxılandan sonra Riko evə gedəcək və burada reabilitasiyasını davam etdirəcək.
İyulun 9-da Rikonun karyerasını bitirə biləcəyi xəbəri yayılmışdı.
29 yaşlı ispaniyalı futbolçu mayın 28-də atdan yıxılaraq Sevilya şəhərindəki xəstəxanaya yerləşdirilib. Riko ağır yaralanıb, ona beyin qanaması diaqnozu qoyulub.