Belarusun paytaxtı Minsk şəhərində keçirilən II MDB Oyunlarında daha bir idmançımız qızıl medal qazanıb. "Rekord.az" xəbər verir ki, atıcımız Leyli Əliyeva pnevmatik tapançadan 10 m məsafəyə atəş növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Məlumat üçün bildirək ki, atıcımız Leyli Əliyeva iyul ayında Koreyanın Çanqvon şəhərində keçirilən Gənclər arasında Dünya Çempionatında bürünc medal qazanıb.