Azərbaycan Atletika Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.

Rekord.az xəbər verir ki, bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.

Onun sözlərinə görə, konfrans dekabrın 15-də baş tutacaq:

"Atletika Federasiyası digərlərindən fərqlidir. Burada hesabat-seçki konfransı keçirmək üçün bu məsələ Ümumdünya Atletikası (World Athletics) ilə razılaşdırılmalıdır. Artıq konfransın vaxtı təsdiqlənib".