“Atletik”in futbolçusu La Liqanın tarixinə düşdü
- 04 Okt 2021 21:47
- 466
“Atletik”in hücumçusu İnyaki Uilyams İspaniya La Liqasının tarixinə düşüb.
Rekord.az xəbər verir ki, 27 yaşlı futbolçu buna La Liqanın 8-ci turunda “Alaves”lə oyunda meydana çıxmaqla nail olub.
İspaniyalı futbolçu bu görüşün iştirakçısı olmaqla La Liqada ardıcıl 203-cü matçına çıxıb. Bu isə İspaniya çempionatında yeni rekorddur.
Bundan əvvəlki rekord “Real Sosyedad”ın sabiq futbolçusu Xuan Antonio Larranaqaya məxsus idi. O, 1986-1992-ci illər aralığında ölkə çempionatında ardıcıl 202 matça çıxmışdı.
Qeyd edək ki, “Atletik” “Alaves”lə oyundan 1:0 hesabıyla qalib ayrılıb. Matçdan öncə isə Uilyamsa üzərində “203” yazılmış forma təqdim olunub.
İnyaki Uilyams 2014-cü ildən “Atletik”də çıxış edir. O, La Liqadakı rekordunu 2016-cı ildən etibarən, 5 il 5 ay ərzində iştirak etdiyi oyunlar sayəsində gerçəkləşdirib. Bilbao təmsilçisində bütövlükdə 303 matça çıxan futbolçu, 69 qol vurub.