İspaniyanın “Atletiko” klubu baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Argentinalı mütəxəssisin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Simeone 2011-ci ildən Madrid təmsilçisinə başçılıq edir.