“Atletiko” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Bavariya”nı qəbul edəcək.

Rekord.az xəbər verir ki, Madrid klubunun hücumçusu Luis Suares bu oyunda iştirak edə bilməyəcək.

Buna səbəb, uruqvaylı futbolçunun növbəti koronavirus testinin də pozitiv nəticələnməsidir. Bu səbəblə komandanın məşqlərinə qatıla bilməyən futbolçu, “Bavariya” ilə ev matçını da qaçırmalı olacaq.

Suares noyabrın ortalarında – Uruqvay millisinin düşərgəsində koronavirusa yoluxub.

Bu gün keçiriləcək “Atletiko” – “Bavariya” oyununa saat 24:00-da start veriləcək.