![photo](https://www.rekord.az/storage/uploads/5/renan-lodii.jpg)
“Atletiko” braziliyalı futbolçusunu satdı
- 15 İyl 2023 15:30
- 256
Marsel “Olimpik”i növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi Braziliya millisinin və Madrid “Atletiko”sunun müdafiəçisi Renan Lodini heyətinə qatıb.
25 yaşlı futbolçu Fransa klubu ilə 5 illik müqavilə bağlayıb. Marsel təmsilçisi bu keçidə görə İspaniya klubuna 13 milyon avro ödəyib.
2019-cu ildən “Atletiko”da çıxış edən Lodi burada 118 oyuna çıxıb və 6 qol vurub. O, ötən mövsümü icarə əsasında İngiltərənin “Nottingem Forest” klubunda keçirib. Lodi Braziliya milli komandasında da 16 oyuna çıxıb.