İspaniyanın "Atletiko" komandası UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.


Rekord.az "Opta Sport"a istinadən xəbər verir ki, Madrid təmsilçisi buna Liqa mərhələsinin 8-ci turunda Avstriyada “Zalsburq”a qalib gəlməklə (4:1) nail olub.


Dieqo Simeonenin baş məşqçisi olduğu kollektiv 1973/1974 mövsümündən bəri ilk dəfə Çempionlar Liqasının (Avropa Çempionlar Kuboku) bir mövsümündə səfərdə üç qələbə qazanıblar.


Madrid təmsilçisi daha əvvəl Fransada PSJ-ni (2:1), Çexiyada "Sparta"nı (6:0) üstələyib. Liqa mərhələsini 18 xalla 5-ci pillədə başa vuran komanda birbaşa 1/8 finala vəsiqə qazanıb.