İspaniyanın “Atletiko” klubunun futbolçusu Dieqo Kosta əməliyyat olunub.

Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

31 yaşlı hücumçunun 3 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Kosta bu mövsüm “Atletiko” ilə 15 oyuna çıxıb və 2 qol vurub.