İspaniya La Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu, "Atletiko"" olub. Madrid təmsilçisi son turda "Real Valyadolid"lə qarşılaşıb. Komanda 2:1 hesablı qələbə qazanıb. Beləliklə, "Atletiko" xallarının sayını 86-ya çatdırıb və ən yaxın izləyicisi "Real"ı 2 xal qabaqlayaraq tarixində 11-ci dəfə ölkə çempionu olub.

"Real Valyadolid" - "Atletiko" - 1:2
Qollar:
 Plano, 18 - Korrera, 57, Suares, 67