“Atletiko” müdafiəçisini 2 aylıq itirdi
- 11 Okt 2020 14:30
- 587
İspaniyanın “Atletiko” klubunun müdafiəçisi Şime Vrsalko əməliyyat olunub.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu son 2 il ərzində 3-cü dəfə sol dizindən əməliyyat olunub.
Müdafiəçinin azı 2 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Xorvat futbolçu 2016-cı ildən Madrid klubunun şərəfini qoruyur.