İspaniyanın “Atletiko” (Madrid) klubu belçikalı futbolçu Yannik Karraskonu yenidən heyətinə qaytarıb.

Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Monako”nun yetirməsi olan Karrasko “Atletiko”ya ilk dəfə 2015-ci ildə transfer olunub. 2018-ci ildə isə Madrid təmsilçisi onu Çinin “Dalyan” klubuna satıb. Belçika yığmasının üzvü bu ilin əvvəlində yenidən “Atletiko”ya qayıtmışdı. Madrid təmsilçisi onu yarım illik icarəyə götürmüşdü.