“Atletiko”da daha iki futbolçu koronavirusa yoluxdu
- 09 Fev 2021 17:33
- 566
İspaniyanın “Atletiko” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə komandanın yarımmüdafiəçiləri Tomas Lemar və Hektor Herreranın COVİD-19 testinin pozitiv nəticə verdiyi diqqətə çatdırılıb. Hər iki futbolçu 10 günlük karantinə alınıb.
Bununla da “Atletiko”da koronavirusa yoluxanların sayı 6-ya çatıb. Yanvarın 30-da Yannik Karrasko və Mario Hermoso, fevralın 3-də Joao Feliks, fevralın 4-də Mussa Dembelenin də koronavirusa yoluxduğu açıqlanmışdı.