İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Madrid təmsilçisi “Herta”dan Mateus Kunyanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Atletiko” Braziliya yığmasının da üzvü olan futbolçu üçün Almaniya klubuna 30 milyon avro ödəyəcək.