İspaniyanın “Atletiko” klubu müdafiəçisi Stefan Saviç ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı müdafiəçi ilə 3 illik yeni sözləşmə imzalandığı diqqətə çatdırılıb.

Monteneqro yığmasının da üzvü olan Saviç 2015-ci ildən "Atletiko"da oynayır.