![photo](https://www.rekord.az/storage/uploads/5/doherti-2.jpg)
“Atletiko”dan “Vulverhempton”a
- 20 İyl 2023 21:09
- 309
Son klubu Madrid "Atletiko”su olan irlandiyalı müdafiəçi Mett Doherti yenidən İngiltərəyə qayıdıb.
Rekord.az xəbər verir ki, 31 yaşlı futbolçu peşəkar karyerasının ilk addımlarını atdığı və 2020-ci ilə qədər formasını geyindiyi "Vulverhempton"a qayıdıb.
O, sözügedən klubla 3 illik müqavilə bağlayıb.
İrlandiya milli komandasının sağ cinah müdafiəçisi bu ilin yanvarından “Atletiko”da forma geyinirdi.