“Atletiko”nun daha bir futbolçusunda koronavirus aşkarlandı
- 19 Noy 2020 14:20
- 595
Madrid “Atletiko”sunun futbolçusu Lukas Torreyrada koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb və o, karantinə alınıb. Torreyra “Atletiko”nun “Barselona”ya qarşı keçirəcəyi oyunu buraxacaq.
Xatırladaq ki, daha öncə Uruqvay millisinin “Atletiko”da forma geyinən digər futbolçusu – Luis Suaresdə də koronavirus aşkarlanmışdı. O da sabiq komandasına qarşı oyunu buraxmalı olacaq.
Noyabrın 21-də keçiriləcək “Barselona” – “Atletiko” matçına saat 00:00-da start veriləcək.