Futbol üzrə UEEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Monteneqro yığması ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Madrid “Atletiko”sunda çıxış edən Stefan Saviç cəzalı duruma düşüb.

O, C liqasının 1-ci qrupunun ilk iki turunda Kipr (2:0) və Lüksemburqla (1:0) matçlarda sarı vərəqə alıb. 29 yaşlı müdafiəçi 3-cü tur çərçivəsində Azərbaycanla matçı buraxacaq.

Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu oktyabrın 10-da keçiriləcək.