“Atletiko”nun hücumçusu sıraya döndü
- 19 İyl 2020 19:00
- 690
İspaniyanın “Atletiko” klubunun hücumçusu Joao Feliks zədəsini tam sağaldıb.
Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Portuqaliyalı futbolçu La Liqanın 38-ci turu çərçivəsində “Real Sosyedad”la qarşılaşmada meydana çıxa biləcək.
Qeyd edək ki, 20 yaşlı futbolçu “Atletiko”nun son üç oyununu zədə səbəbindən buraxmalı olmuşdu.