"Atletiko"nun futbolçusu Aleksandr Sörlot "Barselona" ilə matçlarda qeyri-adi uğura imza atıb.


Rekord.az xəbər verir ki, 29 yaşlı hücumçu buna Kataloniya təmsilçisi ilə heç-heçə (4:4) etdikləri ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.


90+3-cü dəqiqədə qarşılaşmadakı sonuncu qola imza atan forvard "Barselona" ilə görüşlərdə üçüncü dəfə uzatma dəqiqələrində rəqib qapısına yol tapıb.


Norveçli hücumçu 2003/2004 mövsümündən sonra bütün yarışlarda kataloniyalılara əlavə olunmuş dəqiqələrdə ən çox qol vuran futbolçudur.


"Atletiko"nun sabiq forvardı Fernando Torres və hazırda "Real"da çıxış edən Cud Bellingem iki dəfə bunu bacarıblar.


Sörlot cari mövsümdə bütün turnirlərdə 34 oyuna 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.