“Atletiko”nun qapıçısı ÇL-də həftənin ən yaxşısı seçildi
- 16 Mar 2024 10:45
- 191
UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu ada Madrid “Atletiko”sunun qapıçısı Yan Oblak layiq görülüb.
O, buna doğma meydanda “İnter”i 2:1 hesabıyla üstələdikləri görüşdə kritik qurtarışları sayəsində nail olub.
Həftənin ən yaxşı oyunçusu adına Ceydon Sanço (“Borussiya”, Dortmund), David Raya (“Arsenal”) və Pau Kubarsi (“Barselona”) də namizəd idilər.