İspaniyanın “Atletiko” klubunun sabiq futbolçusu Migel Cons vəfat edib.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Koronavirusa yoluxan Cons, 81 yaşında ölüb.

1959-1967-ci illər aralığında “Atletiko”da çıxış edən Cons, həm də xərçəng xəstəliyindən əziyyət çəkirdi.