Atletimiz beynəlxalq turnirin qalibi oldu
- 16 Noy 2019 17:40
- 1283
Türkiyənin Qaziantep şəhərində keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir.
Rekord.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir.
Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxacaqlar.
Bu gün Boyanka Kostova qüvvəsini sınayıb. O, qadınlarda 59 kq çəki dərəcəsində yarışıb. Təcrübəli atletimiz uğurlu çıxışla yadda qalıb. Kostova toplam 224 kq (100+124) nəticə ilə bütün rəqiblərini qabaqlayıb və turnirin qalibi adını qazanıb.