Autizmli uşaqlar arasında stolüstü tennis yarışı keçirildi FOTOLAR
- 22 Apr 2022 12:14
- 434
Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində idman yarışlarını davam etdirir.
Rekord.az xəbər verir ki, autizmli uşaqlar bocce idmanı üzrə bacarıqlarını nümayiş etdirdilər.
Onlar stolüstü tennis yarışında bir araya gəliblər. 50-ə yaxın iştirakçının qatıldığı mübarizə 2 yaş qrupunda olub. 9-13 və 13 yaşdan yuxarı uşaqların 9-13 yaş qrupunda Səmədov Ramiz 1-ci yerə, Əliyev Murad 2-ci yerə, Mirzəyev İsmayıl isə 3-cü yerə layiq görülüb.
13 yaş üzəri uşaqlarda Məmmədli Toğrul 1-ci yerə, Əliyev Xaqan 2-ci yerə, Həmidov Nicat 3-cü yerə layiq görülüb.
II Autizm Festivalı çərçivəsində yarışlarımız növbəti günlərdə də davam edəcək. Autizmli uşaqlar velosiped, atletika və futbol idman növündə bacarıqlarını nümayiş etdirəcəklər.
Aprelin 28-i isə Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində təşkil olunan tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.
Autizmin fərqindəyik, onların yanındayıq.