Avarçəkənimiz dünya ikincisi oldu
- 09 Okt 2023 14:39
- 298
Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında uğurlu nəticə göstərib. "Rekord.az" xəbər verir ki, Diana Dımçenko təsnifat mərhələsində finişə birinci çatıb. İdmançımız 4000 metr məsafəni 20:11.72 dəqiqəyə qət edib. O, təsnifat mərhələsində ikinci olan Finlandiya təmsilçisi Eva Karppineni 10 saniyə qabaqlayıb. (20:21.43). Bu nəticə ilə Diana əsas final olan A finalına vəsiqə qazanıb.
Final yürüşündə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana Dımçenko bu məsafəni 32:20.94 dəqiqəyə başa vurub. İdmançımız fransalı Cessika Berranı (32.33.92) 13 saniyə fərqlə geridə qoyaraq dünya çempionatının gümüş medalına sahib olub. Diana yalnız irlandiyalı Monika Dukarskadan geri qalıb. (32:09.17). Diana Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə Dünya çempionatında da 2-ci yer tutub.