2-3 dekabrda Monakoda şahzadə II Albertin xatirəsinə həsr edilən akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq reqata təşkil olunacaq.

Rekord.az xəbər verir ki, sayca 18-ci dəfə keçiriləcək turnirdə yığma komandamızın üzvü Diana Dımçenko da iştirak edəcək. 

Dımçenko həm bir nəfərlik qayıqda, həm də 4 nəfərlik qarışıq komanda ilə mübarizə aparacaq.