
Avarçəkənlərdən “Bahar kuboku”nda uğurlu nəticə
- 26 Apr 2025 19:20
- 44
24-26 aprel tarixlərində Türkiyənin Adana şəhərində təşkil edilmiş kayak və kanoe üzrə “Bahar Kuboku” beynəlxalq yarışına yekun vurulub.
Rekord.az xəbər verir ki, idmançılarımız yarışda 1 qızıl, 1 gümüş medal qazanıblar.
Yığmamızın aktivinə ilk medalı qadınlar arasında mübarizə aparan Tatyana Smilovenko yazdırıb. 1000 metr məsadə bir nəfərlik kanoe qayığında yarışan Tatyana bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.
Oğlanların yarışında isə Hüseyn Səmədli bir nəfərlik kanoe qayığında fəxri kürsünün ikinci pilləsinə qalxıb.