Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək
- 20 Avq 2024 20:40
- 193
Avqustun 22-də Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.
Rekord.az xəbər verir ki, Bakı bulvarında, AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirdə paytaxtla yanaşı Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında yarışacaq.
İdmançılar kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparacaq. Saat 11-dən etibarən start götürəcək Bakı çempionatı bir gün davam edəcək.