
Avarçəkmə üzrə “Prezident Kuboku-2025”in püşkatması olub
- 29 Apr 2025 20:30
- 41
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Prezident Kuboku-2025" beynəlxalq reqatasının püşkatma mərasimi baş tutub.
Rekord.az xəbər verir ki, püşkatma yerli və xarici hakimlərin, eyni zamanda komandaların nümayəndələrinin iştirakı ilə keçirilib.
Burada "Prezident Kuboku-2025"də mübarizə aparan idmançıların yaş qruplarına və avarçəkmə qayıqlarının növlərinə əsasən müxtəlif kateqoriyalarda yarış proqramı müəyyənləşib.