20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Voleybol Federasiyasının nümayəndələri, voleybol klublarının əməkdaşları və voleybolçular Şəhidlər xiyabanı ziyarət ediblər. "Rekord.az" xəbər verir ki, ziyarətçilər Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarına gül dəstələri qoyub, şəhidlərimizin xatirəsini yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!