AVF marafon keçirəcək
- 13 İyn 2023 14:05
- 367
Azərbaycan Voleybol Federasiyası (AVF) ölkəmizdə voleybolun inkişafı, geniş kütlə arasında yayılması, yeniyetmə və gənclərin bu idman növünə cəlb edilmələri istiqamətində işləri davam etdirir. "Rekord.az" xəbər verir ki, AVF ölkə Prezidenti cənab İlham Əliyevin paytaxt və bölgələrimizdə voleybolun inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqlarını rəhbər tutaraq "Heydər Əliyev 100. Voleybola dəstək marafonu" keçirəcək.
Marafon 17 iyun 2023-cü il tarixində Bakı şəhərində Dənizkənarı Bulvarda təşkil olunacaq. Tədbir saat 07:00-da start götürəcək.