Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkil etdiyi növbəti “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi Naxçıvan Muxtar Respublikasında start götürüb. "Rekord.az" xəbər verir ki, fevralın 15-dək davam edəcək düşərgə İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunub.

Buraya Naxçıvan Regional Voleybol Klubunda voleybolla məşğul olan 14 yaşadək qızılar cəlb olunub.

Düşərgədə iştirak edən 70-ə yaxın istedadlı yeniyetmə idmançı Naxçıvan Muxtar Respublikasında keçirilmiş seleksiya tədbirlərində seçilib. Düşərgəyə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma rəhbərlik edir. Ona Naxçıvan RVK-nın məşqçiləri kömək edirlər. Düşərgədə uşaqlara bir neçə qrup şəklində məşqlər keçirilir, həmçinin voleybolun incəlikləri öyrədilir. Eləcə də idmançıların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçirilir.

Qeyd edək ki, AVF fevral ayı ərzində Sumqayıtda da belə düşərgə təşkil ediləcək. Sonda bu düşərgələrdə fərqlənəcək istedadlı voleybolçular Bakıda keçiriləcək düşərgələrə cəlb olunacaqlar.